Qardaş bacısını deşik-deşik etdi

Qardaş bacısını deşik-deşik etdi

12 İyul 2013 11:10
Bəyəndim (0) Bəyənmədim (0)
O, könüllü təslim olub

Yevlaxda qardaş bacısını qətlə yetirib.

Yevlax rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Cəfər Cabbarlı küçəsi ev 7 mənzil 3 də yaşayan Məmməd Musayev ailə münaqişə zəminində bacısı Elnarəni çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.Hadisəni törədən M. Musayev polisə gələrək könüllü təslim olub.Qətlin səbəbləri dəqiqləşdirilir.

O.M.