Qadın "Hyundai-Sonata"nı Gəncəyə qaçırdıb

Qadın "Hyundai-Sonata"nı Gəncəyə qaçırdıb

10 İyul 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bir ay bundan əvvəl Bakıda minik avtomobilini qaçıran qadını polis nəhayət ki, yaxalaya bilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 13-ü M.Rüstəmov küçəsində Murad Davudova məxsus "Hyundai-Sonata" markalı avtomobil qaçırılıb.Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Daşkəsən rayon sakini Aygün Məmmədova avtomaşınla birlikdə Gəncə şəhərində tutulub.Faktla bağlı araşdırma davam etdirilir.

O.M.