Adaşlar arasında qanlı olay

Adaşlar arasında qanlı olay

10 İyul 2013 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə saat 01:45 radələrində Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Muxtarov qəsəbəsində Aydın Tağızadə mübahisə zəminində Aydın İsmayılovu bıçaqlayıb. Ağır yaralanan Aydın İsmayılova həkimlər yardım göstərə bilməyiblər. Adaşını qətlə yetirən A.Tağızadəni polis yaxalayıb.Faktla bağlı cinayət işi başlanıb, qətlin səbəbləri araşdırılır.

O.M.