Ağlasığmaz cinayət: 6 yaşlı oğlan 18 yaşlı manyak tərəfindən zorlandı

Ağlasığmaz cinayət: 6 yaşlı oğlan 18 yaşlı manyak tərəfindən zorlandı

10 İyul 2013 11:43
Bəyəndim (0) Bəyənmədim (0)
Fakt araşdırılır

Bakı şəhərində insanlığa sığmayan əxlaqsızlıq olub. Milli.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində 6 yaşlı uşaq gənc oğlan tərəfindən zorlanıb. Azyaşlının zorlanması barədə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə onun anası Aytən Qasımova məlumat verib. Ana bölməyə şikayətində bildirib ki, iyulun 5-də saat 21 radələrində Nəsimi rayonu Alı Mustafayev küçəsi 30 ünvanında onun oğlu Z.Q-ov 18 yaşlı Bakı sakini Ayxan Hacıyev tərəfindən zorlanıb.
Nəsimi RPİ-nin 20-ci polis bölməsindən Milli.Az-a bildirildi ki, hazırda ananın şikayəti araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb.

O.M.