
Avtomobilinə tiryək yükləyən şəxsi polis iş başında tutdu
Biləsuvar polisi keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən narkotik aşkarlanıb. Rayon polis şöbəsindən verilən məlumata görə, Nizami kuçəsi, 40 unvanda yaşayan Ramil Valeh oglu Xammədov narkotik vasitə olan tiryəki yol kənarında avtomobilinə yükləyərkən yaxalanıb. Ələt-Astara magistiralının 102-ci km-nin Biləsuvar rayonundan keçən hissəsində polislər tərəfindən saxlanılan Ramil Xammədovun avtomobilinə baxış keçirilən zaman ona məxsus "Mercedes" markalı avtomobilin ehtiyat təkər saxlama yerində satış məqsədilə qanunsuz saxladıgı 20 kiloqram tiryək göturulub.
Hazırda Biləsuvar polisi saxlanılan Ramil Xammədovun narkotik vastəni hansı yolla əldə etdiyi istiqamətində araşdırma aparır. Mövcud cinayət əməli ilə bağlı digər şəxslərin də saxlanılması istisna edilmir.
Faktla baglı Biləsuvar rayon polis şöbəsində cinayət işi başlanıb.
O.M.