Ofisiant ofisiantı deşik-deşik etdi

Ofisiant ofisiantı deşik-deşik etdi

8 İyul 2013 11:19
Bəyəndim (0) Bəyənmədim (0)
Biri torpağa, digəri həbsxanaya...

Sumqayıtda qətl törədilib.

Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 20/33 ünvanında qeydə alınıb.Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Yaqub Bayramov mübahisə zəminində tanışı, 1993-cü il təvəllüdlü Pərviz Əlizadəni bıçaqlayaraq qətlə yetirib.Y. Bayramov polis tərəfindən saxlanılıb.Prokurorluqdan bildirilib ki, hər iki şəxs restoranda ofisiant işləyirmiş.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.