
Qonaq toyda yığılan pulları götürüb qaçdı
Şadlıq sarayında şok oğurluq hadisəsi
Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən şadlıq evlərindən birindən xeyli miqdarda pul oğurlanıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, şadlıq evində keçirilən toy mərasimi zamanı qonaqlardan yığılan 5 min manat pul naməlum şəxs tərəfindən oğurlanıb. Paytaxt sakini Zakir Musayev oğurluqla bağlı dərhal polisə müraciət edib.Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Ucar rayon sakini Ceyhun Məmmədov tərəfindən oğurlanması müəyyən edilib və o tutulub.Qeyd edək ki, C.Məmmədov toya dəvət edilmiş şəxslər arasında olub.
O.M.
Digər xəbərlər