
Bakının Heydər Əliyev prospektində atışma səsləri eşidildi
İstiqaməti bəlli olmayan atəşlərin təkrarlanacağı istisna edilmir
Bu dəqiqələrdə Bakının Heydər Əliyev prospektində silahlı insident baş verib. Koroğlu metrostansiyasından təxminən 500 metr aralıda yolun sol tərəfində atışma səsləri eşidilib. Şahidlərin verdiyi məlumata görə, odlu silahdan açılan atəşlər fasilələrlə təkrarlanıb. İstiqaməti bəlli olmayan atəşlərin təkrarlanacağı istisna edilmir. Hadisələrin sonrakı inkişafı ilə sizləri tanış edəcəyik.
Mehriban Bəylərqızı
O.M.
Digər xəbərlər