01 iyulda 45 cinayət qeydə alınıb, 20 nəfər tutulub

01 iyulda 45 cinayət qeydə alınıb, 20 nəfər tutulub

2 İyul 2013 13:07
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən 4 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Respublika Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər"lə açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

O.M.