Bakıda hadisə yerinə gec yetişən təcili yardım maşınının sürücüsü döyüldü

Bakıda hadisə yerinə gec yetişən təcili yardım maşınının sürücüsü döyüldü

1 İyul 2013 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda hadisə yerinə gec yetişən təcili yardım maşınının sürücüsü döyülüb. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Bakı Şəhər Təcili Təxirəsalınmaz yardım stansiyasının Sabunçu şöbəsinin təcili yardım avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlü Ənvər Seyid oğlu Əliyev çağırış üzrə getdiyi Yavər Vəliyev küçəsində kirayə yaşayan 1980-ci il təvəllüdlü Amid adlı şəxs tərəfindən döyülüb. Ə.Əliyev xəsarətlə 3 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

O.M.