"Şəki-İpək" ASC-nin sabiq sədri beynəlxalq axtarışa verilib

"Şəki-İpək" ASC-nin sabiq sədri beynəlxalq axtarışa verilib

1 İyul 2013 12:55
Bəyəndim (0) Bəyənmədim (1)

Azərbaycan hüquq-mühafizə orqanları daha bir iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, Özbəkistan vətəndaşı, 56 yaşlı Əkbərov Marat Sultanoviç dələduzluqda təqsirli bilinir. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Marat Əkbərovun Azərbaycanda banklara külli miqdarda boru olduğu bildirilir.

Qeyd edək ki, Marat Əkbərov "Şəki-İpək" ASC-nin idarə heyətinin sədri olub. "Şəki-İpək" ASC-nin Müşahidə Şurasının 2011-ci ildə keçirilən iclasında Marat Əkbərov tutduğu postdan uzaqlaşdırılıb və onun yerinə Azad Şıxəliyevin sədr seçilib.

Bir neçə gün əvvəl Azərbaycan hüquq-mühafizə orqanları daha bir özbək iş adamı, 66 yaşlı Nəbi Şadiyev barəsində də dövlətlərarası axtarış elan edib. N. Şadıyev "Şəki-İpək" ASC-nin şəriklərindən biri olub.

Azərbaycanda işlədiyi dövrdə banklara külli miqdarda borcu olan N. Şadiyev səhmlərini də götürərək ölkədən qaçıb.

O.M.