5 gün əvvəl külünglə cinayət törətmiş şəxs ələ keçirildi

5 gün əvvəl külünglə cinayət törətmiş şəxs ələ keçirildi

1 İyul 2013 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Beş gün öncə Bakıda külünglə bir nəfəri öldürən, digərini yaralayan şəxs tutulub. Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, ötən gün 1992-ci il təvəllüdlü Şirvani Səid oğlu Əhmədov tutularaq istintaqa təhvil verilib.

Xatırladaq ki, Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Şirvani Səid oğlu Əhmədov şəxsi münasibətlər zəminində Nicat adlı şəxsə külünglə müxtəlif xəsarətlər yetirib. Nicat aldığı xəsarətlərdən xəstəxanada keçinib. Ş. Əhmədov bundan əlavə, Cəlilabad rayon sakini, 1980-ci il təvəllüdlü Samir Babayevə də külünglə xəsarət yetirib. S. Babayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

O.M.