
İtkin düşmüş 17 yaşlı Sumqayıt sakininin meyiti Novxanı çimərliyindən tapıldı
Sumqayıtda itkin düşmüş 17 yaşlı gəncin meyiti tapılıb. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, iyunun 30-da Sumqayıt şəhər sakini, 17 yaşlı Taleh Mehman oğlu Ələkbərovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində, Bakı şəhəri, Binəqədi rayonunda dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsindən, təxminən, 2,5 km məsafədə, nəzarət olunmayan ərazidə) T.Ələkbərovun suda boğulmuş meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər