Sumqayıtda qız üstündə qan töküldü

Sumqayıtda qız üstündə qan töküldü

1 İyul 2013 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda qız üstündə qan tökülüb. Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, Tağıyev qəsəbəsində yerləşən hərbi komendaturanın yaxınlığında, dəniz kənarında 27 yaşlı Sumqayıt sakini Elvin İsmayılov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. Cinayəti törədən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elşən Əlipənahov şübhəli şəxs qismində saxlanılıb. E.Əlipənahov polisə verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. O, istintaqa E.İsmayılovu qız üstündə öldürdüyünü bildirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.