28 yaşlı Quba sakini naməlum şəxs tərəfindən bıçaqlandı

28 yaşlı Quba sakini naməlum şəxs tərəfindən bıçaqlandı

1 İyul 2013 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Quba RPİ-dən verilən məlumata görə, Quba rayonu, Birinci Nügədi kənd sakini, 1985-ci il təvəllüdlü Ağayev Fariz Mübariz oğlu kənddəki kafelərin birində bıçaqlanıb. Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralı təcili əməliyyat olunub. F.Ağayevin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Cinayəti törətmiş şəxsin və ya şəxslərin axtarışı davam edir.

O.M.