
Gəncədə həyətindəki zibili yandıran 58 yaşlı qadın ehtiyatsızlıqdan yandı
Gəncə şəhərinin Məhsəti qəsəbəsində yanğın hadisəsi baş verib. Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, Kəlbəcər rayon sakini, 1955-ci il təvəllüdlü Sədaqət Məmmədyarova həyətində məişət tullantılarını yandırmaq istəyərkən, ehtiyatsızlıqdan üstünə tökülən neft alışıb. Qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər