
Şamaxıda iki uşaq anasının başını kəsdilər
Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Həmidov Tələt Həmid oğlu həyat yoldaşı, Şamaxı rayonu Mədrəsə qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nəzərova Qotaz İsa qızını bıçaqlayaraq öldürüb. Spirtli içki qəbul edərək evə gələn Tələt Həmidov əvvəlcə qadını döyüb. Sonra onun boğazını kəsib, döş və qarın nahiyəsinə 6 bıçaq xəsarəti yetirib. İki uşaq anası olan Qotaz Nəzərova hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər