18 yaşlı qız atası, dayısı və yaxın qohumu tərəfindən dəfələrlə zorlanıb

18 yaşlı qız atası, dayısı və yaxın qohumu tərəfindən dəfələrlə zorlanıb

7 İyun 2013 13:48
Bəyəndim (0) Bəyənmədim (0)
Sonradan onu əri pul qarşılığında satıb

Türkiyədə dəhşətli ailə cinayətinin üstü açılıb.Oxumeni.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Düzce vilayətində yaşayan 18 yaşlı U.S.-in doğmaları tərəfindən dəfələrlə zorlandığı məlum olub.
Belə ki, qız polisə şikayət edərək əri, dayısı və atası tərəfindən zorlandığını bildirib. Bundan başqa qız şikayətində bildirib ki, qeyri-rəsmi yaşadığı həyat yoldaşı tərəfindən başqa kişilərə pulla satılır. Qadının şikayəti əsasında polis qadının qeyri-rəsmi nikahda yaşadığı əri ilə yanaşı, atası, dayısı və olanları gizlətdiyi üçün dayısının arvadı da həbs olunublar. Dindirilmə zamanı onlar cinayəti etiraf ediblər. Onlar bildiriblər ki, qızı ilk dəfə 15 yaşında olarkən atasının əmisi oğlu, 63 yaşlı M.P. zorlayıb. Şikayət əsasında M.P. həbs olunub. M.P. həbs ediləndən sonra qızın dayısı zorlamağa başlayıb. Daha sonra qıza atası təcavüz edib. Sonradan qızın atası onun üçün ər tapıb. Bir müddət sonra qızın əri arvadını başqa kişilərə pul qarşılığında sataraq, qadını fahişəliyə vadar edirmiş. Olanlardan bezən qız özünü öldürmək istəyib. Lakin buna nail olmayıb. Sonradan qız polisə müraciət edib.


O.M.