Reper Navai narkotik qaçaqmalçılığı işi üzrə iki ay müddətinə həbs edilib
Rusiya reperi və azərbaycanəsilli müğənni Navai (əsl adı — Navayi Bəhmən oğlu Bəkirov) iki ay müddətinə həbs edilib. Oxuməni.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Navai Qazaxıstanda narkotik qaçaqmalçılığı işi üzrə həbs olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 14-də Qazaxıstana giriş zamanı Navaidə narkotik vasitələr aşkar ediblər. O, Astanada konsert proqramı ilə çıxış etməli idi. Atlas adlı xidməti it narkotik maddələri reperin də olduğu avtomobildə aşkarlayıb. Avtomobildə reperlə yanaşı, sürücü də daxil olmaqla daha üç nəfər olub. Navai dindirmə zamanı narkotik vasitələri Bişkekdə aldığını etiraf edib.
SHOT Telegram kanalının məlumatına görə, Bəkirovla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb. Onlar artıq sərbəst buraxılıblar.
Mash Telegram kanalının məlumatına görə, sənətçi saxlanılarkən Mercedes markalı avtomobili özü idarə edirmiş. Navai Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Həmin maddə narkotik vasitələrin təsiri altında avtomobil idarə etməyə görə sürücülük hüququndan yeddi il müddətinə məhrumetmə və 15 sutka inzibati həbs cəzasını nəzərdə tutur.
Qeyd edək ki, Navai Bəkirov 1993-cü ildə Samarada anadan olub və milliyyətcə azərbaycanlıdır. Uşaqlıq illərində çoxsaylı qohumlarının yaşadığı Gəncə şəhərinə tez-tez qonaq gedib. Musiqi karyerasının inkişafında yaxın dostları Aleksandr Əliyev (HammAli) və Bəxtiyar Əliyev (Bahh Tee) ona dəstək olublar. Bakirov dəfələrlə Bahh Tee-ni öz müəllimi və qardaşı adlandırıb.
Navai HammAli & Navai duetinin üzvü, eləcə də “Pustite menya na tantspol”, “Pryatki” və “Devoçka-voyna” kimi solo hitlərin müəllifi və ifaçısı kimi tanınıb. Müğənninin qazaxıstanlı ifaçılarla, o cümlədən Jah Khalib ilə birgə layihələri və duetləri də olub.
Almaz Həsənli










.jpg)






























.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)



















































