Oğurluqlar zamanı saxta polis geyimlərindən istifadə olunur

Oğurluqlar zamanı saxta polis geyimlərindən istifadə olunur

12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Haitidə adam oğurluğu halları yenidən artıb. “Associated Press”-in məlumatına görə, 2026-cı ilin aprel-iyun aylarında ölkədə 81 adam oğurluğu hadisəsi qeydə alınıb. Bu göstərici əvvəlki rüblə müqayisədə 42 faiz çoxdur. Hadisələrin çoxu paytaxt Port-o-Prens və ətraf ərazilərdə baş verir.

Məlumata görə, bəzi kriminal qruplar oğurluqlar zamanı saxta polis geyimlərindən istifadə edirlər. Bu isə zərərçəkənlərin cinayətkarları hüquq-mühafizə əməkdaşlarından ayırmasını çətinləşdirir. Bəzi hallarda cinayətkarların qurbanlar barədə əvvəlcədən məlumat əldə etdikləri də bildirilir.

Hakimiyyət təhlükəsizliyin bərpası üçün polis və hərbi qüvvələrin hazırlığını artırmağa çalışır. BMT-nin dəstəklədiyi beynəlxalq təhlükəsizlik qüvvələrinin fəaliyyəti də bu prosesin əsas istiqamətlərindən biri hesab olunur.

Şahmurad