Moskvada azərbaycanlı biznesmenin oğlu oğurlandı
Moskvada azərbaycanlı biznesmenin 18 yaşlı oğlunu oğurlayan banda ələ keçib. Lent.az-ın məlumatına görə, qohumlarının müraciətindən sonra operativ əməliyyat qrupu gəncin Moskva ətrafındakı Naro-Fominsk rayonuna aparıldığını müəyyənləşdirib.Girovun azad olunması üçün xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat nəticəsində qrupun rəhbəri, 62 yaşlı Rafiq Mirzəyev öldürülüb. Onun 2 silahdaşı, Ruslan Hacısəlimov və Samir Abdullayev saxlanılıb.
O.M.
Digər xəbərlər