İspaniyada Lamin Yamalın evini qarət etmək istəyiblər

İspaniyada Lamin Yamalın evini qarət etmək istəyiblər

15:34
Bəyəndim (1) Bəyənmədim (0)

İspaniya millisinin futbolçusu Lamin Yamalın Barselona yaxınlığındakı Espluges-de-Llobreqat şəhərində yerləşən evinə oğrular girməyə cəhd ediblər. Oxuməni. az xəbər verir ki, bu barədə "La Vanguardia" qəzeti məlumat yayıb.

Hadisə yerli vaxtla səhər saat 4 radələrində baş verib. Balaklava geyinmiş oğrular Yamalın evinin divarlarından birinə dırmaşmağa çalışıblar. Onları futbolçunun şəxsi mühafizəçiləri görüblər. Aşkar edildiklərini anlayan cinayətkarlar hadisə yerindən qaçıblar.

Mühafizə xidməti dərhal polisə məlumat verib. Hüquq-mühafizə orqanları oğurluğa cəhd faktı ilə bağlı araşdırmalara başlayıb. "La Vanguardia" qəzetinin yazdığına görə, bu ev əvvəllər İspaniya millisinin və "Barselona"nın keçmiş oyunçusu Jerar Pike və onun keçmiş həyat yoldaşı, müğənni Şakiraya məxsus olub. Lamin Yamal Dünya Çempionatına yola düşməzdən əvvəl öz videobloqunda bu villanı nümayiş etdirmişdi.

Qeyd edək ki, oğurluq cəhdindən bir qədər əvvəl İspaniya millisi Fransanı 2:0 hesabı ilə məğlub edərək 2010-cu ildən bəri ilk dəfə Dünya Çempionatının finalına yüksəlib. Finalda onlar İngiltərə və Argentina yığmaları arasındakı görüşün qalibi ilə qarşılaşacaqlar. Yarımfinal matçında Lamin Yamalın vurduğu qol ofsayd səbəbindən qeydə alınmamışdı. Futbolçu turnir ərzində ümumilikdə bir qol vurub.

19 yaşlı Lamin Yamal 2024-cü il Avropa çempionudur. O, "Barselona"nın heyətində üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), həmçinin ölkə kubokunun (2025) və iki dəfə superkubokun (2025, 2026) qalibi olub.

Almaz Həsənli