Xaçmazda iki nəfər bıçaqlanıb
Bu gün gecə saatlarında Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb.APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri, Mirzə Fətəli Axundov küçəsi-21 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Həsənov Pərviz Əli oğlu və İsmət Qayıbov küçəsi-20-də qeydiyyatda olan 1978-ci il təvəllüdlü Şirinov Sərdar Səfərəli oğlu bıçaqlanıb. Onlar təcili olaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
P.Həsənova döş qəfəsindən, Sərdar Şirinova isə qarın nahiyəsindən 1 bıçaq xəsarəti yetirilib. Yaralıların vəziyyətinin orta-stabil olduğu bildirilir.Hadisənin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər