
Türkiyədə vəhşət
3 uşaq və anası öldürüldü
Türkiyədə - Qaziantepdə bir ana üç uşağı ilə birlikdə ölü olaraq tapılıb.
Adəm Aksoy, "Arvadımı və uşaqlarımı öldürüblər. Tez gəlin", - deyə polisə müraciət edib. Olay yerinə gələn qanun keşikçiləri ana Gül Aksoyla birlikdə əkiz uşaqları 8 yaşlı Melike və Kaderin, 14 yaşlı Melisanın tapança ilə öldürüldüyünün şahidi oldular. Cəsədlər ekspertiza üçün morqa göndərildi. Ata Adəm Aksoyun polis bölməsinə aparıldığı, evdə isə sənədsiz bir tapança tapıldığı bildirilib.
Xəbərin sonuncu cümləsi mənim replikamı əvəz etdi...
Günel Həbib
O.M.
Digər xəbərlər