
36 yaşlı həyat yoldaşını bıçaqladı
Quba rayonunun Caqacuq kəndində bıçaqlanma faktı qeydə alınıb. 36 yaşlı kənd sakini Cəfərova Rəmziyyə Camal qızı bıçaqlanıb. O, dərhal Quba MRX-nın cərrahiyyə şöbəsinə yerləşdirilib. Döş qəfəsindən 1 bıçaq xəsarəti alan Rəmziyyə Cəfərova əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.Quba RPŞ-dən verilən məlumata görə, Rəmziyyə Cəfərovanı həyat yoldaşı Zaur Cəfərov bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Həyat yoldaşını bıçaqlayan Zaur Cəfərov artıq saxlanılıb.
Hadisəni törədərkən onun sərxoş vəziyyətdə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər