SON DƏQİQƏ: Ali Məhkəmənin binasının qarşısında naməlum maşın qadını ölümcül yaraladı
Çətirli qadın yolu keçməyə hazırlaşırmış
Bu dəqiqələrdə Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şahidlərin verdiyi məlumata görə, Ali Məhkəmə binasının qarşısında orta yaşlarda bir qadın yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları çağırılsa da, qadının can verdiyi bildirilir. Hazırda yaralının şəxsiyyəti müəyyənləşdirilir. Məlumat yaxın zamanda yenilənəcək.
O.M.
Digər xəbərlər