Bu gecə Göygöldə minik maşını ilə yük avtomobili toqquşdu
Aprelin 18-də saat 00:20 radələrində Göygöl rayonunun Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Şirin Allahverdiyevin idarə etdiyi "VAZ 2106" markalı və Türkiyə vətəndaşı Aslan Şirin Osman oğlunun idarə etdiyi "DAF" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış Ş.Allahverdiyev xəstəxanaya yerləşdirilmişdir. BDYPİ tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər