
Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verdi
Bu gün gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, aprelin 18-də saat 02:10 radələrində Sabunçu rayonu Şəhər şosesində Bakı şəhər sakini Səvxan Nazanov idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən həmyerlisi Sahib Mürsəlovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
O.M.
Digər xəbərlər