Bolnisinin Kolayır kəndində törətdiyi qəza nəticəsində faciəyə səbəb olan sürücü saxlanılıb

Bolnisinin Kolayır kəndində törətdiyi qəza nəticəsində faciəyə səbəb olan sürücü saxlanılıb

13:47
Bəyəndim (2) Bəyənmədim (0)


Dünən, 28 aprel tarixində Bolnisi bələdiyyəsinin Kolayır (Tsurtavi) kəndində yüksək sürətlə hərəkət edən avtomobil 10 yaşlı Eldar Hüseynovu vuraraq onun ölümünə səbəb olub.
Oxuməni.az “Aktual.ge”yə istinadla xəbər verir ki, hadisədən sonra sürücü gecə saatlarında polis tərəfindən saxlanılıb.
Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə aparılır və sürücü saxlanılıb.
Əldə edilən məlumata görə, 19 yaşlı sürücü Bolnisi bələdiyyəsinin Daşdıqullar kəndinin sakinidir və hərbi xidmətdən bir neçə günlük məzuniyyətə gəlibmiş.
Nə baş verib?
Dünən, 28 aprel təxminən saat 18:30 radələrində Marneuli–Bolnisi magistralının Kolayır kəndi ərazisində yol kənarında velosipedlə oynayan 10 yaşlı Eldar Hüseynovu yüksək sürətlə hərəkət edən avtomobil vurub. Hadisə faciə ilə nəticələnib. “Aversi” klinikasına çatdırılan azyaşlının bir müddət sonra ailəsinə məlumat verilmədən cəsədinin ekspertizaya aparılması yaxınları və Kolayır sakinlərinin ciddi etirazına səbəb olub.
Bunun ardınca klinika qarşısında olan çoxsayda Kolayır sakinləri ekspertizaya aparan avtomobili piyada şəkildə təqib etməyə çalışıblar, lakin nəqliyyat vasitəsini saxlamaq mümkün olmayıb. Daha sonra etirazçılar Marneulidə “Ploşad” adlanan əraziyə yığışıblar. Orada hüquq-mühafizə orqanları əməkdaşları ilə yerli sakinlər arasında sözlü qarşıdurma yaşanıb.


Almaz Həsənli