Ər arvadını döyə-döyə öldürdü
Bakıda ər arvadını döyərək öldürüb.Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 7-də N.Tusi küçəsində yaşayan Zaur Məmmədxanov ailə münaqişəsi zəminində həyat yoldaşı Rəhimə Məmmədxanovanı döyüb. Zərərçəkən xəstəxanaya daxil olub və aprelin 15-də orada dünyasını dəyişib. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaur Məmmədxanov tutulub.
O.M.
Digər xəbərlər