10 yaşlı qızı avtobusdaca zorladılar
Hindistanın Nyu Delhi şəhərində 10 yaşlı qız avtobusda zorlanıb. Zorlayan şəxsin avtobus sürücüsü olduğu ehtimal edilir. Oxumeni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb. Hadisə şənbə günü baş verib. Qızın valideynlərinin sözlərinə görə, qız şəhərin Sultanpuri rayonunda oynamaq üçün avtobusa daxil olub. Bu zaman sürücü onu zorlayıb. Bazar günü isə qızın valideynləri polisə müraciət ediblər. Faktla bağlı cinayət işi açılıb.
O.M.
Digər xəbərlər