Gürcüstanda rusiyalıları girov götürdükləri üçün yeddi nəfər saxlanılıb
Gürcüstanda Rusiya vətəndaşlarını girov götürmək və onlardan pul tələb etməkdə şübhəli bilinən yeddi nəfər saxlanılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
İstintaqın bildirdiyinə görə, cinayətkarlar gecə saatlarında qaz sızması bəhanəsi ilə rusiyalıların evinə giriblər. Daha sonra evdəkiləri ölümlə hədələyərək və iti silahdan istifadə edərək 2000 dollar, mobil telefonlar və noutbuklar oğurlayıblar, sonra onları döyüblər və əlavə 300.000 dollar tələb ediblər, imtina edəcəkləri təqdirdə zorakılıqla hədələyiblər.
Nazirlik aydınlaşdırıb ki, hücumdan bir neçə saat sonra şübhəlilər rusları maşınlara zorla mindiriblər və Marneuli bələdiyyəsinə aparıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri Marneuli və Qori şəhərlərində saxlayıblar. Rusiya vətəndaşları sərbəst buraxılıb.
Araşdırmalar davam edir və mümkün cinayətkarlar müəyyən edilir. Saxlanılanlara qarşı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxslə əlbir hərəkət edən bir qrup şəxs tərəfindən girov götürülmə, eləcə də evə qanunsuz daxil olmaqla külli miqdarda quldurluq maddələri ilə cinayət işi açılıb. Bu ittihamlar 14 ilə qədər həbs cəzası nəzərdə tutur.
Almaz Həsənli



















































.jpg)











































