İsveçdə kişi arvadını 120 kişiyə cinsi xidmət göstərməyə məcbur etməkdə ittiham olunur

İsveçdə kişi arvadını 120 kişiyə cinsi xidmət göstərməyə məcbur etməkdə ittiham olunur

14:52
Bəyəndim (2) Bəyənmədim (0)


İsveçdə 62 yaşlı kişi ağırlaşdırıcı hallarla fahişəliyə cəlb etmə, hücum və çoxsaylı zorlamalarda ittiham olunur. İstintaqın məlumatına görə, o, arvadının cinsi xidmətlərini 120-dən çox müştəriyə satıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Euronews.com” məlumat yayıb.
Zərərçəkən ölkənin şimalında polisə müraciət etdikdən sonra o, oktyabrın sonundan həbsdədir.
İttiham aktına əsasən, kişi uzun illər ərzində arvadını "cinsi hərəkətlər etməyə və onlara tabe olmağa" məcbur edərək maliyyə qazancı əldə edib.
Bildirilir ki, o, internetdə elanlar yerləşdirib, görüşlər təyin edib və qadını daha çox müştəri cəlb etmək üçün internetdə cinsi hərəkətlər etməyə məcbur edib.
O, həmçinin zorakılıq tətbiq etməkdə və onu hədələməkdə, ondan qorxusundan istifadə etməkdə və narkotik asılılığından sui-istifadə etməkdə ittiham olunub ki, prokurorun sözlərinə görə, bu, "amansız istismar" idi.
Fevral ayında prokuror İda Annerstedt bildirib ki, səlahiyyətlilər cinsi xidmətlər almaqda şübhəli bilinən 120-yə yaxın şəxsi müəyyən ediblər.
Hadisələrin 2022-ci ilin avqustundan 2025-ci ilin oktyabrına qədər baş verdiyi güman edilir.
Ağırlaşdırıcı hallarla fahişəliyə cəlb etməkdən başqa, hər şeyi inkar edən kişiyə səkkiz zorlama ittihamı da irəli sürülüb. Bunların arasında bir müştəri ilə bağlı hadisə də var.
Ona həmçinin dörd zorlama cəhdi və dörd hücum ittihamı da irəli sürülüb.
İctimai yayımçı SVT-nin məlumatına görə, kişi əvvəllər “Hells Angels” bayker qrupunun liderlərindən biri olub.
Məhkəmə prosesinin başlanğıcı ilkin olaraq aprelin 13-nə təyin edilib.
Almaz Həsənli