Quba rayonunun sakini qonşusunu bıçaqlayıb
Ötən gecə Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. 1974-cü il təvəllüdlü Rusiya vətəndaşı Azər Mövlud oğlu Qəribov rayonun Qam-qam kəndində bıçaqlanıb. O, döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. A.Qəribovu bıçaqlayan şəxsin qonşusu, Qam-qam kəndinin sakini Firdovsi Abdullayev olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər