Qumarxana və fahişəxana dağıdıldı
Ən böyük gecə klubunda şok əməliyyat!
Bakının məşhur restoranı yerlə yeksan edildi. Hadisə şahidlərinin verdikləri məlumata görə, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Mamonia" gecə klubunun fəaliyyəti dayandırılıb və dağıdılıb. Səbail Rayon Polis İdarəsindən bildirildi ki, ötən gecə "Momonia"da iki böyük əməliyyat keçirilib. Orada yerləşən qumarxanada Bakı Şəhər Baş Polis İdarəsi, fahişəxanada isə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
O.M.
Digər xəbərlər