Kişilər qadının mənzilinə soxuldular
500 ABŞ dolları, 5 min manat, qızıl-zinət əşyaları oğurlanıb
Bakı şəhərində iki kişi qadın evinə soxulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 7-si saat 07:15 radələrində naməlum şəxslər 7-ci mikrorayonda yaşayan Turəxanım Əliyevanın evinə oğurluğa giriblər. Mənzilə eyvandan keçən şəxslər 500 ABŞ dolları, 5 min manat, qızıl-zinət əşyaları oğurlayıblar.
Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 5-ci polis bölməsi əməkdaşları cinayətdə şübhəli bilinən Ağdam rayon sakini Dilqəm Abbasov və Şamaxı rayon sakini Vüqar Həbibovu tutublar. Cinayətdə şübhəli bilinən digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirilir.
O.M.
Digər xəbərlər