Gülər Əhmədova darıxır
Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Bu barədə məlumat verən Eldar Qədimi bildirib ki, Gülər Əhmədova qan təzyiqindən əziyyət çəkir: "Dünən axşam onunla görüşdüm. Vəziyyəti yaxşı deyil. Qan təzyiqi tez-tez qalxır. Hazırda müalicə olunur". Vəkil G.Əhmədovanın darıxdığını bildirib: "Mənə dedi ki, darıxıram. Ona elan olunan ittiham üzrə isə özünü təqsirli bilmir".
O.M.
Digər xəbərlər