
Oğru polislərə təslim olmamaq üçün özünü bıçaqlayıb
Bakıda polisin keçirdiyi əməliyyat zamanı insident yaşanıb. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları oğurluq maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Qədir Hadiyevin tutulması istiqamətində əməliyyat keçirib. Polisi görən Q.Hacıyev əməliyyatçılara tabe olmayaraq özünü bıçaqlayıb. Hazırda Q.Hacıyev polis nəzarətində Klinik Tibbi Mərkəzdə müalicə olunur.
O.M.
Digər xəbərlər