Bakıda bayram günü oğurluq edənlər qandallandılar
Paytaxt polisi oğurluqla məşğul olan şəxslərin qoluna qandal vurub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, martın 20-nə keçən gecə N.Tusi küçəsində yerləşən, Ramin Hacıyevə məxsus mağazadan nəfəslikdən keçmə yolu ilə 100 manat, siqaretlər və içkilər oğurlanıb. Xətai Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini İbrahim Məmmədli və Bakı şəhər sakini Fuad Mehdiyev martın 29-da yaxalanıblar.
O.M.
Digər xəbərlər



































































.jpg)
.jpg)
.jpg)
























