Xətai rayonunda silah "danışdı"
Bakının Xətai rayonunda güllələnmə hadisəsi baş verib. Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsindən verilən məlumata görə, hadisə dünən saat 15:40 radələrində İsmayılov küçəsi 56, mənzil 17 ünvanında qeydə alınıb. 73 yaşlı Kulitina Klavdevna odlu silahdan açılan atəşdən yaralanıb. Onun bədənində çoxsaylı güllə izləri aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb.
O.M.
Digər xəbərlər






























































































