Evdən 700 min manat oğurlandı: ev sahibi şokdadır
Oğrular külli miqdarda pul oğurlayıblar. Böyük oğurluq Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi ünvanında bir evdə baş verib. Ev sahibi və uşaqları xəstəxanadan qayıdarkən evin yarıldığını görüblər. Tək və ya bir neçə olduğu bilinməyən oğrular pəncərəyə nərdivanla qalxıb, plastik pəncərənin şüşəsini qırmadan onu aça biliblər. Daha sonra evin qorunması olan dəmir dirəkləri sökərək otaqlara daxil olublar. Tək-tək bütün otaqlara girən oğrular əşyaları ortalığa tökərək istədiklərini tapa biliblər. Bir otaqdan qır-qızıl, o biri otaqdan isə külli miqdarda pul oğurlayıblar. Hadisə yerinə Suraxanı rayonu 31-ci polis bölməsinin əməkdaşları gəliblər, araşdırmalar aparılıb.
O.M.
Digər xəbərlər



































































.jpg)
.jpg)
.jpg)

























