Cinayət dünyasının sakini güllələndi

Cinayət dünyasının sakini güllələndi

23 Mart 2013 10:22
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Gəncədə yaşanıb

Gəncədə martın 23-ü səhər tezdən cinayət aləmində tanınan İbrahim Fürətmənli güllələnib. Fürətmənli Gəncənin "Daş körpü" adlanan ərazisində cinayət aləmində tanınan digər şəxslərlə mübahisə zamanı "Makarov" tapançası ilə güllələnib. Hadisə yerində iki güllə tapılıb. Fürətmənli hadisə nəticəsində ağır yaralanıb.
Gəncə Şəhər Baş Polis İdarəsindən bu məlumatı təsdiqləyiblər. İdarədən bildiriblər ki, cinayəti törədən şəxs artıq saxlanılıb. Hadisənin motivləri və cinayəti törədən şəxsin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.

O.M.