
Gəncədə 16 yaşlı məktəbli qətlə yetirilib
Gəncədə qətl hadisəsi törədilib.
Hadisə 15 saylı uşaq bağçasının yaxınlığındakı “Mahrasa bağı” yaşayış kompleksində baş verib.
Oxumənii.az-ın “Lent.az”-a istinadən məlumatına görə, iki gənc arasında yaranan mübahisə zəminində 2007-ci il təvəllüdlü R.Cəfərov 16 yaşlı orta məktəb şagirdi Vaqif Rəfibəyliyə bıçaqla ölümcül xəsarət yetirib.
İlkin məlumatlara görə, cinayətin motivi hələlik məlum deyil.
Hazırda şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu araşdırmalara başlayıb.
Ölən yeniyetmə 11-ci sinif şagirdi olub.
Oxuməni.az
Digər xəbərlər