Azərbaycanda 17 martın kriminal xronikası

Azərbaycanda 17 martın kriminal xronikası

18 Mart 2013 12:51
Bəyəndim (0) Bəyənmədim (0)
Bazar günü ərzində 43 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.

Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yol-nəqliyyat hadisəsi

17.03.2013

Martın 17-də saat 19.00 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində, rayon sakini Dəyanət Zümürlü "VAZ-2106" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Oğurluq etmiş Masallı rayon sakini Rasim Əliyev tutulmuşdur

17.03.2013

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da Elşən Ağamalıyevin evindən 1 ədəd kombi aparatı, 1 ədəd velosiped və məişət əşyaları oğurlamış Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Əliyev tutulmuşdur.

Avtomaşın qaçırmış Bakı şəhər sakinləri Şərif Şəfiyev və Taciəddin İsmayılov tutulmuşlar

17.03.2013

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Rüstəm Hacıyevə məxsus qaçırılmış "VAZ-2107" markalı avtomaşın üzərinə digər avtomaşının dövlət nömrə nişanları taxılmış vəziyyətdə idarə edilərkən saxlanılmış, onu qaçırmış şəhər sakinləri Şərif Şəfiyev və Taciəddin İsmayılov tutulmuşlar.

Təbriz Zeynalova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Yusif Muxtarzadə tutulmuşdur

17.03.2013

Səabil RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Təbriz Zeynalova bıçaqla xəsarət yetirmiş şəhər sakini Yusif Muxtarzadə tutulmuşdur.

Oğurluq etmiş Naxçıvan şəhər sakini Şəmsiyyə Məmmədova tutulmuşdur

17.03.2013

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Teyyub Ələsgərovun mənzilindən 3000 manat oğurlamış Naxçıvan şəhər sakini Şəmsiyyə Məmmədova tutulmuşdur.

Lənkəran rayon sakini Mahir Şəfiyev tutulmuşdur

17.03.2013

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də ticarət mərkəzlərinin birində, Abşeron rayon sakini Kəmalə Abdullayevaya məxsus 41 manat pul, kosmetik əşyalar olan çantanı oğurlamış Lənkəran rayon sakini Mahir Şəfiyev tutulmuşdur. Onun üzərinə baxış zamanı 0,517 qram heroin aşkar edilərək götürülmüşdür.

Soyğunçuluq etdiklərinə görə tutulmuş Rüfət Vəliyevin və Orxan İsmayılzadənin digər cinayət əməli müəyyən edilmişdir

17.03.2013

2012-ci il iyul ayının 30-da soyğunçuluq etdiklərinə görə tutulmuş Rüfət Vəliyevin və Orxan İsmayılzadənin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2011-ci il iyulun 5-də Qızılgül Əliyevadan quldurluq yolu ilə 35.600 manat, 2000 dollar pul, 3 ədəd mobil telefon və qızıl əşyaları almaları Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən müəyyən edilmişdir.

Bakı şəhər sakini İlkin Quliyev saxlanılmışdır

17.03.2013

Martın 17-də naməlum şəxs, kirayədə yaşayan Əfqanıstan vətəndaşı Seyid Yusifini döyərək, oradan 1 ədəd noutbuk aparmışdır. Nizami rayonu 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini İlkin Quliyev saxlanılmışdır.

Səid Fətəliyev dəm qazından zəhərlənərək ölmüşdür

17.03.2013

Martın 17-də Nərimanov rayonu ərazisində yaşayan 5 yaşlı Səid Fətəliyev dəm qazından zəhərlənərək ölmüşdür.

Rusiya Federasiyasının vətəndaşı Tumisa Mitayeva tutulmuşdur

17.03.2013

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də əxlaqsızlıq yuvası saxlanılan "Edem" masaj salonunun sahibi Rusiya Federasiyasının vətəndaşı Tumisa Mitayeva tutulmuşdur.

Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

17.03.2013

Martın 17-də saat 21.10 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində, rayon sakini Elşad Allahverdiyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən Namiq Rzayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Günel Ələkbərova dəm qazından zəhərlənərək ölmüşdür

17.03.2013

Martın 17-də Nərimanov rayonu ərazisində yaşamış Günel Ələkbərova dəm qazından zəhərlənərək ölmüşdür.

Dərmandan, dəm qazından, kimyəvi məhluldan və tüstüdən zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

17.03.2013

Martın 17-də Sumqayıt şəhər sakinləri Sabir Dadaşov, 5 yaşlı Fatma Dünyamalıyeva, Abşeron rayon sakinləri Reyhan Rəhimova, Tahir Məmmədov, Gəncə şəhər sakinləri Qəldiyev Məhəmməd, arvadı Zərnaf, anası Xanım, Səyyad Rəsulov, Xeyransa Ələsgərova və Nigar Ələkbərova evlərindən dərmandan, dəm qazından, kimyəvi məhluldan və tüstüdən zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.03.2013

Martın 17-də saat 01.20 radələrində Abşeron rayonu ərazisində, Sumqayıt şəhər sakini Rafiq Abdullayev "VAZ-2107" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı yol ayrıcına vurmuşdur. Nəticədə sərnişinlərdən - anası Rüxsarə hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini atası Ədalət isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

O.M.