Siyəzəndə qonşu qonşunun qanını tökdü
Martın 15-də Siyəzən rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini 48 yaşlı Teymur Şahmuradov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlayan polis müəyyən edib ki, T.Şamuradovu qonşusu 38 yaşlı Rəfail Mustafayev bıçaqlayıb.
R.Mustafayevin Qonşusunu hansı səbəbdən bıçaqlaması məlum deyil. Faktla əlaqədar cinayət işi başlanılıb.
O.M.
Digər xəbərlər






























































































