3-cü mirkrorayon dairəsində valyutadəyişmə məntəqəsinə basqın
Bakının Nəsimi rayonu ərazisində valyutadəyişmə məntəqəsinə basqın edilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 3-cü mirkrorayon dairəsi yaxınlığında, Cavadxan küçəsində yerləşən məntəqəyə basqın edən iki nəfər orada işləyən Valeh İsmayılova 3 bıçaq zərbəsi vurublar. Valyutadəyişmə məntəqəsinə soxulan şəxslər oradan heç nə apara bilməyiblər. Hazırda cinayəti törədən şəxslərin tutulması istiqamətində iş aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb.
O.M.
Digər xəbərlər

































.jpg)





























































