İdman Akademiyasının tələbəsini bıçaqladılar

İdman Akademiyasının tələbəsini bıçaqladılar

12 Mart 2013 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 12-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. rayon Polis İdarəsindən verilən məlumata görə, Nəsimi küçəsi 30 saylı binanın həyətindən Cəlilabad rayon sakini 1991-ci il təvəllüdlü Seyfiyev Elşən Şəkir oğlu bıçaqlanmış vəziyyətdə aşkarlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Məlumata görə, bıçaqlanan E.Seyfiyev Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kurs tələbəsidir. O Bakıda kirayə yaşayır. Hadisənin kim və ya kimlər tərəfindən, hansı səbədən törədildiyi hələlik məlum deyil. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

O.M.