Uşaqlıq dostunu bıçaqladı

Uşaqlıq dostunu bıçaqladı

7 Mart 2013 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayon sakini 33 yaşlı Həsənov Elşən Fərhad oğlu uşaqlıq dostu Asif Musayevi bıçaqlamaqda şübhəli bilinir. Hadisə isə bir neçə gün bundan əvvəl Binəqədi rayon 9-cu mikrorayon ərazisində qeydə alınıb. Çay evlərinin birində yaranan mübahisə zamanı Elşən Həsənov zərərçəkənə 2 bıçaq zərbəsi vurub. Binəqədi RPİ-nin əməkdaşı Kənan Abışov zərərçəkmişin içkili vəziyyətdə qarşı tərəfi söydüyünü, Elşənin də bu zəmində Asifi bıçaqladığını deyib. Saxlanılan Elşən Həsənov isə bayıra çağırıldığını, gücü çatmadığı üçün şəxsi bıçaqladığını bildirib. Dostunu bıçaqladıqdan sonra bir müddət istintaqdan yayınan Elşəni sonda yaxalamaq mümkün olub. Faktla bağlı Elşən Həsənov barəsində Binəqədi rayon polis idarəsində cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.

O.M.