Azərbaycanda 05 martın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 12 nəfər yaralanmışdır.
7 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.
Cəlilabad rayon sakini Şamxal Abışov 1 ədəd avtomatı və 21 ədəd avtomat patronunu satarkən tutulmuşdur
05.03.2013
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Şamxal Abışov 1 ədəd "AKMS" markalı silahı və 21 ədəd avtomat patronunu Keşlə qəsəbəsinin ərazisində satarkən tutulmuşdur.
Gəncə şəhər sakini Əli İbrahimov 6,285 kq marixuananı satarkən tutulmuşdur
05.03.2013
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əli İbrahimov 6 kiloqram 285 qram marixuananı satarkən tutulmuşdur.
Avtomaşınlardan oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Elturan Yusifov tutulmuşdur
05.03.2013
Martın 5-nə keçən gecə Nəsimi rayonu ərazisində Bakı şəhər sakinləri Sevinc Qarayevaya məxsus "Nissan" markalı, Cəlal Çaxalova məxsus "Mercedes" markalı, Elmira Xankişiyevaya məxsus "KİA" markalı, Həsən Kərimova məxsus "Opel" markalı, Fəridə İmanovaya məxsus "Hyundai" markalı və Kəmalə Məmmədovaya məxsus "Mitsubishi" markalı avtomaşınlardan şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərilmişdir.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elturan Yusifov tutulmuşdur.
Qızıl əşyaları oğurlamış Abşeron rayon Məhəmmədi qəsəbə sakini Valeh Qurbanov tutulmuşdur
05.03.2013
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Qəhrəman Qulamovun evindən 150 manat pul və 10000 manat dəyərində qızıl əşyalarını oğurlamış Məhəmmədi qəsəbə sakini Valeh Qurbanov tutulmuşdur. Onun üzərinə baxış zamanı 0,229 qran heroin də aşkar edilərək götürülmüşdür.
Mağazadan oğurluq etmiş Bakı şəhər sakini Ruslan Hüseynov tutulmuşdur
05.03.2013
Martın 5-nə keçən gecə Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Əfqan Qurbanova məxsus mağazadan açar seçmək yolu ilə 320 manat pul və danışıq kartları oğurlanmışdır.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Ruslan Hüseynov tutulmuşdur.
Avtomaşından oğurluq etmiş Qəbələ rayon sakini Sənani Məmmədli tutulmuşdur
05.03.2013
Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Zenfira Nurməmmədovaya məxsus "VAZ-2103" markalı avtomaşından oğurluq etmiş rayon sakini Sənani Məmmədli tutulmuşdur.
Yardımlı rayon sakini Əcəmi Canəliyevin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir
05.03.2013
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İstisu kəndinin ərazisindəki "Gölüstü" istirahət mərkəzində, oranın icarədarı Yardımlı rayon sakini Əcəmi Canəliyevin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir.
Araşdırma aparılır.
Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.03.2013
Martın 5-də saat 17.00 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində kənd sakinləri Baba Alıyevin idarə etdiyi "Mercedes C-240" markalı və Etibar Abbasovun idarə etdiyi "Mercedes-190" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Abbasovun sərnişinlərindən həmkəndlisi İbadət Quliyev hadisə yerində ölmüş, xəsarət almış qardaşı Yasin Quliyev isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BYPİ tərəfindən araşdırma aparılır.
Şəki rayonunun Göybulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.03.2013
Martın 5-də saat 12.15 radələrində Şəki rayonunun Göybulaq kəndi ərazisində Kiçik Dəhnə kənd sakini Rahim Qurbanovun idarə etdiyi "VAZ-21103" markalı və Salyan rayon sakini Rafiq Novruzovun idarə etdiyi "HOVO" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Qurbanov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
DİN BYDPİ tərəfindən araşdırma aparılır.
Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi
05.03.2013
Martın 5-də saat 19.00 radələrində Bərdə rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Samux kənd sakini Rubani Tağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşın toqquşmuşdur. Nəticədə xəsarət almış R.Tağıyevə, sərnişinləri Hacallı kənd sakini Əli Əlizadəyə və Kövər kənd sakini Toğrul Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Bərdə RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Masallı rayon Xıl kənd sakini Muğbil Ağayevin yol-nəqliyyat hadisəsi törədilməsi müəyyən edilmişdir
05.03.2013
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Bəyoğlan Məmmədhüseynovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "VAZ-21011" markalı sürücüsü, Xıl kənd sakini Muğbil Ağayev tərəfindən törədilməsi müəyyən edilmişdir.
Komatoz halda xəstəxanaya gətirilmiş Şakir Əzizov orada ölmüşdür
05.03.2013
Martın 5-də Nəsimi rayonu ərazisindən tüfeyli həyat tərzi keçirmiş Şakir Əzizov komatoz halda xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Sumqayıt şəhər sakini Sevda Adıgözəlova dəm qazından zəhərlənmişdir
05.03.2013
Martın 5-də Sumqayıt şəhər sakini Sevda Adıgözəlova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.
Gəncə şəhər sakini İsmayıl Babayev dəm qazından zəhərlənərək ölmüşdür
05.03.2013
Martın 5-də Gəncə şəhər sakini Kamal Mustafayevin evində, orada təmir işləri aparan qonşusu İsmayıl Babayev dəm qazından zəhərlənərək ölmüşdür.
O.M.


















.jpg)
.jpg)
.jpg)























































.jpg)
.jpg)
.jpg)















