
Uralda çinliləri 10 il ərzində soyan dəstə üzvlərinə hökm oxunub
Sverdlovsk Vilayət Məhkəməsi çinli iş adamlarına hücum edərək onlardan 50 milyon rubldan çox pul oğurlayan dəstə üzvlərini 10 ildən 16 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bu barədə regional məhkəmələrin rəsmi Telegram kanalı məlumat yayıb.
İşdə Tacikistandan olan 5 nəfər iştirak edib: İdiboy Xudjanazarov, Ramazon Saidamirov, Zayniddin Baxromov, Yusuf Jobirov və Dalerdjon Mahmadjonov.
İstintaqın məlumatına görə, 2013-cü ildə Xudjanazarov qardaşı ilə birlikdə əcnəbilərə hücum etmək üçün cinayətkar qrup təşkil edib. 10 il ərzində dəstə üzvləri çinli sahibkarlara qarşı dörd hücum təşkil edərək onlardan 53 milyon rubldan çox pul oğurlayıblar.
Hücumlardan əvvəl şübhəlilər iş adamları haqqında məlumat toplayıb, onların iş qrafikini, səyahət marşrutlarını, yaşayış və iş yerlərini izləyiblər. Dəstənin hər bir üzvünün öz rolu var idi. Xudjanazarov görüşlər keçirmək və cinayətləri planlaşdırmaq üçün Yekaterinburqun müxtəlif ərazilərində kirayə mənzillər tapıb. Hücumlar zamanı quldurlar “hüquq-mühafizə orqanlarının ifşasının qarşısını almaq üçün” məxfiliyə xüsusi diqqət yetiriblər.
İstintaqın məlumatına görə, qrup üzvləri ilk hücumunu 2013-cü ilin fevralında törədiblər. Xudjanazarov və qardaşı çinli iş adamlarından birinin külli miqdarda pul saxladığını öyrənib və onu soymaq qərarına gəliblər Hücum zamanı dəstə üzvlərindən biri tapançanı “nümayiş etdirərək” iş adamının başına tutub. Əcnəbini zorla yerə yıxaraq “qorxudmaq məqsədilə” onu dəmir çubuqla boğmağa başlayıblar. Ölmək qorxusundan iş adamı müqavimət göstərməyib.
Cinayətkarlar həmin şəxsin 3 milyon rubldan çox nağd pulunu oğurlayaraq, onu metal çubuq və tapança sapı ilə döyərək qaçıblar. Mağazanın çıxışında şahidlər quldurları saxlamağa çalışsalar da, qrup üzvlərindən biri havaya iki dəfə atəş açıb.
2015-ci ilin dekabrında cinayət ortaqları Neiva bankının filialının yaxınlığında iki çinliyə qarşı quldurluq edərək onlardan 26,9 milyon rubldan çox pul oğurlayıblar. Bir il sonra üç çinli iş adamı Xudjanazarovun dəstəsinin hücumunun qurbanı oldu. Cinayətkarlar onları Yekaterinburqdakı evlərində gözləyiblər və gəlib çatdıqda onları silahla hədələyərək baqajı açmağı əmr edib və 15,5 milyon rublu oğurlayıblar.
Dəstənin ittiham olunduğu sonuncu hücum 2023-cü ilin fevralında Taqanski Ryad bazarı yaxınlığında törədilib. Xudjanazarov, Jobirov və Mahmudjonov iki çinli sahibkarı silahla hədələyərək ondan 7,8 milyon rubl oğurlayıblar.
Məhkəmə Xudjanazarovu dəstə təşkil etməkdə və qrup halında törədilən 4 silahlı quldurluqda təqsirli bilib. Qalan təqsirləndirilən şəxslər dəstənin tərkibində silahlı soyğunçuluqda ittiham olunublar.
Məhkəmənin məlumatına görə, müttəhimlərdən bəziləri cinayətlərdə iştirakını qəti şəkildə inkar edib, digərləri isə qismən təqsirli olduqlarını etiraf ediblər. Xudjanazarova 16 il ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzaçəkmə verilib və o 700 min rubl cərimələnib. Qalan dəstə üzvlərini rollarından asılı olaraq 150 min rubl cərimə edilib 10-12 il müddətə həbs cəzası alıb. Məhkəmə zərərçəkmişlərin mülki iddialarını da təmin edib.
Əziz Mustafa, Oxuməni.az